"Türkiyənin İranla sərhəd bölgəsinə raket hücumu oldu, şəhid var" - Açıqlamalar

img

02-03-2020 [12:42]


Son məlumata görə, Gürbulaq Gömrük İdarəsinə atılan raket bir gömrük əməkdaşının ölümünə səbəb olub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan məlumat verib.

                                                                                          ****

Ağrı şəhərinin Doğubəyazid rayonunda Gürbulaq Gömrük İdarəsinin avtobusuna raket hücumu olub.

“CNN Türk” xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib: “Raket maşının ön təkərinə dəyib. Hadisə nəticəsində yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir”,.

Qeyd edək ki, Gürbuluq Gömrük İdarəsi Türkiyənin İranla sərhədindən 3 km məsafədə yerləşir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR