"Ərdoğanla Putinin görüşü çox gərgin keçəcək" - Rəsmi Moskva

img

01-03-2020 [23:44]


Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov gözlənilən Ərdoğan-Putin görüşü ilə bağlı gərginlik yaradacaq açıqlama verib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, Rusiyadan başqa digər bütün dövlətlərin Suriyada qanunsuz fəaliyyətlə məşğul olduqlarını bəyan edib: "Rusiyadan başqa digər dövlətlərin Suriyada olması beynəlxalq qanuna ziddir.  Qaldı Ərdoğanla Putinin görüşünə, bu görüş çox gərgin keçəcək. Söz yox ki, hər iki tərəf İdlibdəki durumun müsbət nəticə ilə bitməsinə kökləniblər".

Xatırladaaq ki, az əvvəl Lavrovla Çavuşoğlu prezidentlərin görüşünün detalları ilə bağlı müzakirə aparıblar.

Gözlənilir ki, Prezidentlər martın 5-i, yaxud 6-ı görüşəcəklər.

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR