Tacikistanda parlament seçkiləri baş tutub

img

01-03-2020 [16:34]


Tacikistan parlamentinin aşağı palatası - Məclisi Aliyə keçirilən seçkilərdə 71,1 faiz seçici səsvermədə iştirak etdiyi üçün seçkilər baş tutmuş hesab edilib.

 Bunu Mərkəzi Komissiyanın sədri Baxtiyer Xudoyerzoda deyib.

O qeyd edib ki, saat 15.00-ə (Bakı vaxtılə - 14:00) olan məlumata görə, seçkilərdə 3 milyon 734 min 962 seçici səs verib.

Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR