Gürcüstanda koronavirusa görə kütləvi tədbirlər ləğv olundu

img

01-03-2020 [15:05]


Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai yerlərdə kütləvi tədbirlərin keçirilməsi ləğv olunub.

 Bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərar barədə yerli idarəetmə orqanları artıq məlumatlandırılıb.

Şuranın Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən iclasında bildirilib ki, ölkədə koronavirusa yoluxma ilə bağlı yeni hal aşkarlanmayıb. Qeyd olunub ki, 100-dən çox şəxs karantində saxlanılır.

İclasda bildirilib ki, Gürcüstan ərazisində məktəb, uşaq bağçaları və ictimai nəqliyyatın dezinfeksiyası aktiv fazadadır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə yeni koronavirusa üç yoluxma halı təsdiq edilib./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:13 03.07.2020

DİN açıqlama yaydı