ABŞ Gürcüstanı yeni partiya “Javelin”lə təmin edəcək

img

01-03-2020 [14:40]


Pentaqon tank əleyhinə “Javelin” raket qurğularının istehsalı ilə bağlı yeni müqavilə imzalayıb.

Bu barədə Penatqonun rəsmi saytında bildirilib.

Sənədə əsasən, raket qurğuları Gürcüstan, Ukrayna və Türkiyə daxil olmaqla ABŞ-ın 16 tərəfdaş ölkəsi üçün nəzərdə tutulub.

Müqavilənin ümumi dəyəri 18,4 milyon ABŞ dolları təşkil edir. İstehsal üçün sifarişi “Raytheon / Lockheed Martin Javelin” şirkəti alıb.

Müqavilənin yerinə yetirilməsi üçün son müddət bu ilin iyunun 25-i nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ilin yanvarında əldə edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR