Ərdoğan qisas vədi verdi: "Putindən açıq soruşdum ki, İdlibdə nə edirsiniz, əgər orada..." 

img

29-02-2020 [22:30]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki vəziyyətlə bağlı yeni açıqlamalar verib.

Mia.az xəbər verir ki, Türkiyə lideri ölkəsinin Suriyanın nə neftində, nəı də ərazisində gözü var?

"Biz neft və ya Suriya ərazisi axtarışında deyilik. İdlib problemi son dövr Türkiyənin bütün uğurlarını əlindən almaq cəhdi ilə yaradıldı. Bizi sıxışdırırlar və təhrik edirlər. Halbuki Türkiyə İdlibdə təhlükəsizlik zonası formalaşdırmağa və bununla öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Mən İdlibdəki vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putinlə da danışdım. Putindən açıq soruşdum "siz İdlibdə nə edirsiniz? Əgər hərbi baza yaratmaq istəyirsinizsə, onda yaradın, ancaq Türkiyənin yolundan çəkilin".

Ərdoğan daha sonra deyib ki, İdlibdə Türkiyə əsgərlərinə qarşı heç bir hücum cavabsız qalmayacaq: "Biz şəhidlərimizin qisasını almaqda davam edəcək. 34 şəhidimiz var. Onların qanı yerdə qalmayacaq. Bugünkü gün üzrə Əsəd rejiminin 2100-dən çox tərəfdarı məhv edilib. Bundan sonra da biz qərarlığımızı davam etdirəcəyik".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR