İDLİB GƏRGİNLİYİ: Tramp və Merkeldən Türkiyəyə açıq dəstək gəldi, savaş meydanından isə ölüm xəbərləri gəlir - Moskvadan Ankaraya daha bir mesaj 

img

29-02-2020 [00:32]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ prezidenti Donald Trampla İdlibdə şəhid olan 33 əsgəri ilə bağlı yaranmış vəziyyəti müzakirə edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə prezidenti administrasiyasının yaydığı məlumata görə, danışığın gedişatında ikitərəfli məsələlər, həmçinin regional mövzular, o cümlədən İdlibdəki son hadisələr müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyənin İdlibi Suriya prezidenti Bəşar Əsədə məxsus qüvvələrdən təmizləmək qətiyyətini təsdiq edib. Hər iki lider yaxın vaxtlarda İdlibdə böyük humanitar faciənin qarşısının alınması üçün əlavə addımların atılması təşəbbüsünü razılaşdırıb. 

Tramp Əsəd ordusunun hücumlarını kəskin qınayaraq, Türkiyəyə dəstək verməyə hazır olduqlarını bəyan edib.

Bu telefon danışığından sonra Ərdoğan Almaniya kansleri Merkellə də danışıb. Merkel də Suriyanın hücumunu qınayıb və dərhal dayandırılması üçün çağırış edib.

Oxşar dəstək NATO-dan da gəlib.

Diqqətçəkən budur ki, telefon danışıqlarından sonra Milli Müdafiə Nazirliyi İdlibdəki vəziyyətlə bağlı yeni açıqlama yayıb.

Bildirilib ki, rejimin top atəşləri nəticəsində bir türk əsgəri şəhid olub, daha 2 hərbçi yaralanıb.

Nazirlik cavab zərbəsi ilə Əsəd ordusunun daha 8 tankını, 4 zirehli maşınını, 5 top, 2 çoxfunksiyalı raket sistemini ilə yanaşı, 56 əsgərini məhv etdiklərini bəyan edib.

Xatırladaq ki, ötən gecə 33 əsgərin şəhid edilməsindən sonra Türkiiyə Suriyanın 200-dən çox hədəfini vurub. Nəticədə Suriyanın 5 helikopteri, 23 tankı, 10 zirehli maşını, 23 topu, 5 silah dolu yük maşınını, bir SA-17, bir SA-22 hava müdafiə sistemini və sair texnikaları məhv edilib.

Bu arada isə bəlli olub ki, Suriyadan qaçan mülki vətəndaşlar Bolqarıstan və Yunanıstan sərhədlərini aşaraq, Avropaya qaçmağa can atırlar. Bu isə bölgədə daha bir humanitar fəlakətə yol açıb.

Az əvvəl isə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Gerasimov ABŞ-lı həmkarı ilə telefonda danışıb.

Rusiya mətbuatının məlumatına görə, rəsmi Moskva Türkiyənin itkilərindən sonra İdlibdə atəşkəs rejimini təmin etməyə hazır olduğunu bəyan edib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:15 09.04.2020

Neftin qiyməti qalxır