İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu

img

28-02-2020 [15:38]


İngiltərənin "Nyukasl" klubunda koronavirus epidemiyasına görə ilkin tədbirlər görülməyə başlayıb.

"Report" Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın bazasında futbolçuların və işçilərin əllə görüşməsinə qadağa qoyulub.

Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus məlumat verib. 59 yaşlı ingiltərəli mütəxəssis bildirib ki, bu addım virusun yayılmasının qarşısını almaq üçün atılıb.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 19-a çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA