Gürcüstanda koronavirus yoluxmuş şəxs sağalır

img

28-02-2020 [14:25]


“Gürcüstanda koronavirus diaqnozu qoyulan vətəndaşın sağlamlıq durumu qənaətbəxşdir”.

Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslə bağlı gündəlik olaraq laborator araşdırma aparılır və bu vaxta qədər heç bir ağırlaşma halı qeydə alınmayıb.

M.Ezuqbaya pasiyentin vəziyyətinin sabit olduğunu deyib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA