Avropa İttifaqından Rusiyaya mesaj: "İdlibdəki savaşın beynəlxalq qarşıdurmaya çevrilmə riski var"

img

28-02-2020 [14:00]


“İdlibdə davam edən eskalasiyanı təcili dayandırmaq lazımdır”.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib.

“İdlibdə baş verənlərin genişmiqyaslı açıq beynəlxalq hərbi qarşıdurmaya çevrilmə riski var. Ayrıca, baş verənlər dözülməz humanitar çətinliklərə səbəb olur və mülki insanları təhlükəyə atır. Avropa İttifaqı bütün tərəfləri gərginliyi azalmağa çağırır və itkilərə görə təəssüflənir. Avropa İttifaqı təhlükəsizlik maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri nəzərdən keçirəcək. Bütün müvafiq tərəflərlə əlaqə saxlayırıq”, - deyə C. Borrell vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA