NATO Əsəd ordusunu bombalayacaq? - Qurum Türkiyəyə görə toplanır

img

28-02-2020 [11:30]


Suriyanın İdlib şəhərində Türkiyə hərbçilərinə qarşı reallaşdırılan hücumdan sonra NATO-nun Baş katibi Yens Stoltenberq təcili iclas keçirəcəyi barədə qərar verib.

Mia.az xəbər verir ki, hücumdan sonra Y.Stoltenberq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıb.

O, Türkiyəyə qarşı hücumu pisləyib, Rusiya və Əsəd rejimini hücumlara son qoymağa çağırıb.

Xatırladaq ki, ötən gecə İdlibdə Rusiyanın dəstəklədiyi Bəşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR