Əsəd rejimi türk hərbçilərini vurdu: 33 əsgər şəhid oldu, yaralılar var - Rəsmi Ankara sərt cavab hazırlığında

img

28-02-2020 [11:16]


Ötən  gecə Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı hava hücumu nəticəsində 33 türk əsgərlərinin  şəhid olmasından sonra bölgədə gərginlik daha da artıb.

Mia.az Türkiyə mətbuatəna istinadla xəbər verir ki, hadisə zamanı 30 əsgər də yaralanıb.

Məılumatda bildirilir ki, Türkiyə ordusu bu hücuma cavab vermək üçün tam səfərbər halına gəlib.

Hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasdan sonra Türkiyənin müdafiə naziri Hulisi Akar, Quru qoşunları komandanı Ümit Dündar və Hava qüvvələri komandanı Həsən Küçükalyüz Suriya ilə sərhəddə gedib. Hataya gələn generallar burada II Ordunun komandanı Sinan Yayladan son hadisələrlə bağlı informasiya alıb və atılacaq addımları yerindəcə qiymətləndiriblər. 

Müdafiə naziri deyib ki, Rusiya tərəfi ilə müzakirələr davam edir və ümid edirlər ki, tərəflər İdlib probleminin həlli üçün cəhdlər göstərib münasib nəticəyə gələcəklər. 

General Akar əlavə edib ki, ABŞ müdafiə naziri Mak Esperlə danışıqlar və müzakirələr aparacaq, tərəflərin telefon vasitəsilə danışıqları planlaşdırılıb.
 
Dünən İdlibdə baş verənlər NATO-nun 5-ci maddəsini də gündəmə gətirib. Qeyd edək ki, NATO-nun 5-ci maddəsinə görə, NATO müttəfiq ölkələrindən birinə edilən hücum NATO-ya edilən hücum hesab olunur. 

Qeyd olunub ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Quru Qoşunların komandiri general Ümit Dündar və Hava Qüvvələri komandiri general Hasan Küçükakyüz Suriya ilə sərhəd bölgəyə gediblər.

Onların İdlib bölgəsindəki rejim hədəflərinə qarşı cavab zərbəsinə birbaşa nəzarət edəcəkləri deyilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR