Gürcüstanda koronavirus: yoluxan şəxs azərbaycanlıdır

img

27-02-2020 [17:06]


Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır.

Bu barədə məlumatı “Report”a Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanası və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzində təsdiqləyiblər.

Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma halı ötən gün aşkar olunub. Virusun təsdiq olunduğu həmin şəxs İrandan Azərbaycan vasitəsilə Gürcüstana qayıdıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR