Biləsuvarda qalmaqal: "İcra başçısı ilə bələdiyyə sədri torpaqlarımızı əlimizdən alırlar" - Şərhlər
CƏMİYYƏT
27.02.2020, 16:07
Biləsuvar rayonunun Səmədabad kəndində heyvandarlıqla məşğul olanlar üçün ciddi problemlər yaranıb.
Sputnik Azərbaycan-a müraciət edən bir qrup kənd sakini heyvanlarını otarmaq üçün örüş sahəsi tapmadıqlarını deyirlər.
Bu barədə Sputnik Azərbaycan-a danışan kəndlilər və sahibkarlar əllərində olan otlaq sahələrinin müxtəlif bəhanələrlə onlardan alındığını bildirirlər.
Şikayətçilərdən biri də Biləsuvar rayonu, Səmədabad kənd sakini Nadir Novruzovdur.
N.Novruzov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənddə heyvandarlıqla məşğul olan sakinlər mal-qaralarını otarmağa örüş sahələri tapa bilmirlər. Rayon sakininin iddiasına görə, əvvəllər heyvan otardıqları sahələr indi Səmədabad kənd bələdiyyə sədri Hidayət Həsənov tərəfindən əllərindən alınır. Novruzovun sözlərinə görə, bələdiyyə sədri Səmədabadın torpaqlarını məmurlara satıb. O, iddia edir ki, bu işdə bələdiyyə sədrinə Biləsuvar Rayon İcra Hakimiyyətindən də dəstək verilir:
"Səmədabadın torpaqları kənd camaatının əlindən alınır. Camaatın dolanışığı torpaqdan, əkin-biçindən və heyvandarlıqdan çıxır. İndi biz mal-qaramızı otarmağa yer tapmırıq. Camaat da narazılıq edir. Amma bizim narazılığımıza məhəl qoyan yoxdur".

N.Novruzov deyir ki, özünüməşğulluq proqramı çərçivəsində ona 21 baş heyvan verilib. Amma o, həmin heyvanları otarmağa yer tapmır.
Otlaq sahələrinin əllərindən alınmasından Səmədabad kəndində heyvandarlıqla məşğul olan digər fermerlər də ciddi narazılıq edir. Məcburi köçkün fermer Talıb Muradov Sputnik Azərbaycan-a bildirib ki, onların ailəsi dədə-babadan heyvandarlıqla məşğul olub. Elə Muradov məcburi köçkün düşdükdən sonra da qardaşları ilə birləşərək heyvandarlıq təsərrüfatı qurub. Hətta heyvandarlığı inkişaf etdirmək üçün bələdiyyənin qərarı ilə dövlət reyestr xidmətinin çıxarışı əsasında kənddən 140 sot torpaq sahəsi də alıb. Amma indi bələdiyyə sədri müqaviləni ləğv edir:
"Bələdiyyə sədri mənim torpaqlarımın əkin üçün olduğunu əsas gətirərək əlimdən alınması üçün məhkəməyə müraciət edib. Buna səbəb odur ki, mən onun istəyi ilə hərəkət etməmişəm. H.Həsənov torpaq sahəsinin məndə qalması üçün 3 min manat və 10 qoyun aldı. Sonra da dedi ki, 10 min manat da pul ver, sənə dəyməyim. Əks halda, torpağı mənim əlimdən alacağını söylədi. İndi məni məhkəmələrə verməklə torpağımı əlimdən alır. Halbuki, mən sahibkaram, vergi ödəyirəm. Biz 5 qardaşın ailəsinin qazancı, dolanışığımız heyvandarlıqdan çıxır. Prezidentimiz də deyir ki, sahibkarlara şərait yaradılmalıdır. Amma bələdiyyə sədri nəinki bizə şərait yaradır, əksinə, torpaqlarımızı əlimizdən almaqla sahibkarlıq fəaliyyətimizə mane olur".
Talıb Muradov deyir ki, Biləsuvar kimi yerdə otlaq sahəsi olmasa, heyvanlar acından qırılar:
"Biz bütün günü heyvanları tövlədə bəsləyə bilmərik axı. Heyvan saxlamaq üçün örüş yeri olmalıdır. Onsuz da Səmədabad kəndində torpaqların çoxunu bələdiyyə sədri qanunsuz olaraq məmurlara satıb. İndi də niyyəti odur ki, bizim olan-qalan torpağımızı əlimizdən alıb heyvandarlıq təsərrüfatımızı məhv etsin. Bu ölkəyə taxıl, arpa, tərəvəz lazım olduğu kimi, heyvandarlıq məhsulları da lazmdır. Ölkədə heyvandarlıqla məşğul olan fermerlərin sayı azdır. Belə etməklə bələdiyyə sədri bu sahəni də tənəzzülə uğradır".
Səmədabad bələdiyyəsinin sədri Hidayət Həsənov isə ona qarşı kənd sakinlərinin irəli sürdüyü ittihamları qəbul etmir. O bildirir ki, hökumətin istifadəsiz qalan boş torpaq sahələrindən səmərəli istifadə ilə bağlı qərarı var:
"Mən heç kəsdən pul tələb etməmişəm. Onlar da mənim kəndli qardaşlarımdır. Mənim işim həm də sakinlərin narazı qaldığı məsələləri həll etməkdir. O ki qaldı onların torpaqlarının əlindən alınmasına, bunun üçün məhkəməyə müraciət edilib. Biz vəzifəmizi yerinə yetiririk".
Qeyd edək ki, son illər torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, əsassız zəbt olunmasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilir. Boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar sakinlərdən alınaraq dövlətin mülkiyyətinə qaytarılır. Amma bu qərarın otlaq yerlərinə aidiyyəti yoxdur. Hökumət tələb qoyub ki, mövcud olan boş sahələrdə əkin yerləri yaradılsın. Otlaq yerlərinin kənd sakinlərinin, sahibkarların əllərindən alınması ilə bağlı tələb isə yoxdur.
Buna baxmayaraq, göründüyü kimi, kəndlərdə bələdiyyə sədrləri otlaq sahələrini boş və istifadəsiz torpaqlar kimi qələmə verməklə həmin torpaqların təyinatının dəyişdirilməsinə nail olurlar. Məlumat üçün bildirək ki, bu problem bir neçə il bundan əvvəl də yaranmışdı. 2014-2015-ci illərdə rayonlarda fermerlər yem çatışmazlığı səbəbindən heyvanlarını kütləvi şəkildə kəsməyə başlamışdı. O vaxt mütəxəssislər həyəcan təbili çalaraq bildirmişdilər ki, bir neçə ildən sonra ölkədə heyvan çatışmazlığı yaranacaq, ardınca isə mal və qoyun ətinin qiyməti kəskin bahalaşacaq. Bu fikirlər KİV-də yayılsa da, məsələyə diqqət ayıran tapılmadı. Fermerlər üçün şərait yaradılmaq əvəzinə, mövcud örüş sahələri də sakinlərin əlindən alındı.
Ekspertlər də əkin sahələrinin inkişaf etdirilməsinin heyvandarlığın inkişafına mane olmamalı olduğunu söyləyirlər.
Seçilmiş millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bəzi yerlərdə hökumətin tələbini icra hakimiyyəti orqanları, bələdiyyələr düzgün yerinə yetirmirlər:
"Hökumət onların qarşısında tələb qoyub ki, mövcud olan boş ərazilərdə taxıl və digər kənd təsərrüfatı bitkiləri üçün əkin sahələri yaradılsın. Amma hökumət tələb etmir ki, otlaq yerlərində taxıl, pambıq əksinlər. İstifadə olunmayan və sahəsi daha geniş olan ərazilərin əkinçilik üçün istifadə edilməsinə ehtiyac yoxdur. Bəzi rayonlarda kiçik otlaq sahələri belə əkin üçün istifadə edilir. Bu da effektli deyil. Otlaq sahələrindən başqa məqsədlər üçün istifadə edilməsi iqtisadi baxımdan arzuolunan deyil. İqtisadi tərəfdən yanaşdıqda da, otlaq sahələrindən əkin yerləri kimi istifadə olunması sərfəli olmadığı kimi, heyvandarlığa da mənfi təsir edir. Bu zaman ot azalır, eyni zamanda onun qiymətində artım müşahidə edilir. Bu da ət və süd məhsullarının qiymətinin artımına təsir göstərir, iri və xırda buynuzlu mal-qaranın azalması ilə nəticələnir. Belə problemlər demək olar ki, əksər rayonlarda müşahidə edilir".
Ekspert əlavə edib ki, Azərbaycanda ekoloji kənd təsərrüfatı məhsullarına, xüsusilə də ət, süd və süd məhsullarına böyük tələbat var. Bu tələbin bir hissəsi idxal məhsulları hesabına ödənilsə də, əslində yerli, ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı da böyük önəm daşıyır. Bu baxımdan, kənd təsərrüfatının inkişafına məsul olan qurumlar, eləcə də kənd bələdiyyələri bitkiçiliklə yanaşı, heyvandarlığın da inkişafında maraqlı olmalı və ona şərait yaratmalıdırlar.
Məlumat üçün onu da bildirək ki, "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair" Dövlət Proqramı hazırlanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İSRAİLLƏ ƏRƏB ÖLKƏSİ HƏRBİ SAHƏDƏ ANLAŞDI - Əməkdaşlıq planı genişlənir
Bugün, 00:20 GÜNDƏM
-
UEFA Avropa Liqası: davalı oyundan Beşiktaş" qalib ayrıldı
Bugün, 00:16 GÜNDƏM
-
İki ölkə XİN başçıları dron hücumu ilə bağlı telefonda danışıb: "Biz sizə hücum etməmişik"
Bugün, 00:14 DÜNYA
-
RƏSMİ MOSKVA HƏR YANA "QƏLPƏ" SƏPİR: "TRIPP layihəsi Rusiya və İranın maraqlarına zərər verməməlidir" - "Kiyev Rusiyanı NATO-ya qarşı qoyur, Avropa bilməlidir ki..."
Bugün, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Rəsmi Ankaradan Batumidə "Beşiktaş" azarkeşləri ilə insidentə sərt reaksiya: "Qəbuledilməzdir"
26.11.2026, 23:11 GÜNDƏM
-
Avropa Liqasında dava: "Beşiktaş" azarkeşlərinə hücum oldu, xəsarət alanlar var - Oyun dayandı + FOTOLAR (Yenilənir)
26.11.2026, 22:38 İDMAN
-
Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib
26.11.2026, 21:56 İDMAN
-
Azərbaycanda zəlzələ olub
26.11.2026, 20:54 GÜNDƏM
-
Energetika naziri Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri ilə müzakirələr aparıb
26.11.2026, 19:55 İQTİSADİYYAT
-
Qətər və Pakistan ABŞ-İran arasında vasitəçilyi davam etdirir
26.11.2026, 19:13 GÜNDƏM
-
Xalq artisti: "Özüm ailəmə qarşı çıxıb istədiyimi etmişəmsə..."
26.11.2026, 18:55 ŞOU-BİZNES
-
“Aztelekom”dan internet sürəti ilə bağlı - Açıqlama
26.11.2026, 18:15 CƏMİYYƏT
-
“Kəpəz” MTK tərəfindən layihədənkənar tikinti aparılır - "Bina sakinlərinin həyatı təhlükə altındadır” + FOTOLAR
26.11.2026, 18:04 CƏMİYYƏT
-
Daşdəmirov Qaradağda 24 kq narkotiklə tutulub
26.11.2026, 17:26 KRİMİNAL
-
Məşhur aktyorun 3 nəvəsi sığınacağa yerləşdirilib
26.11.2026, 17:19 MƏDƏNİYYƏT
-
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi barədə qərar çıxarıldı
26.11.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
26.11.2026, 17:00 İQTİSADİYYAT
-
Dərsliklərdə plagiat mətnlərlə bağlı iddialara cavab verildi
26.11.2026, 16:47 CƏMİYYƏT
-
"Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!" - Sabir Rüstəmxanlı
26.11.2026, 16:31 SİYASƏT
-
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı kəskin azaldı - Son bir həftədə
26.11.2026, 16:24 İQTİSADİYYAT
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
26.11.2026, 16:05 GÜNDƏM
-
Daha bir tiktoker saxlanıldı
26.11.2026, 15:51 KRİMİNAL
-
Bu kəndlərə köçənlərə 25 min avro veriləcək
26.11.2026, 15:29 DÜNYA
-
İslandiyada balıqçı gəmisi batdı: üç dənizçi öldü, 14 nəfər xilas edildi
26.11.2026, 15:25 DÜNYA
-
Rusiya MN: "Kiyevdəki hərbi sənaye obyektlərinə zərbələr endirdik"
26.11.2026, 15:21 GÜNDƏM
-
"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq...
26.11.2026, 15:14 KRİMİNAL
-
"Haysiyet" serialı finala çıxır, yerinə isə...
26.11.2026, 15:07 MƏDƏNİYYƏT
-
SOCAR ilə "Schneider Electric" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
26.11.2026, 15:00 İQTİSADİYYAT
-
İraq və onun 12 il sonra Avropaya çıxarılan nefti: Bağdad nəyi planlayır? - Türkiyənin reaksiyası necə olacaq?
26.11.2026, 14:57 DÜNYA
-
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişib
26.11.2026, 14:48 CƏMİYYƏT
-
Deniz Çakırın ifadəsi yayıldı: "Narkotik satan bir kimsəni tanımıram"
26.11.2026, 14:29 MƏDƏNİYYƏT
-
BİR MİLYONLUQ QALMAQAL - Şirkət rəhbəri həbs olundu
26.11.2026, 14:22 KRİMİNAL
-
MƏŞHUR HÜQUQŞÜNASA HÖKM OXUNDU - Namizəd Səfərovla bağlı qərar verildi
26.11.2026, 14:03 SİYASƏT
