“MASKALI MƏMURLAR”ın İRANLA SƏRHƏDƏ TƏLƏSİK SƏFƏRİNİN PƏRDƏARXASI - Prezident kimləri danlayıb?
27-02-2020 [14:04]
Artıq Gürcüstan koronavirus səbəbindən Azərbaycanla gediş-gəlişi məhdudlaşdırıb. Azərbaycan tərəfi ölkədə bu virusa rastlanmadığına dair rəsmi açıqlama versə də, Gürcüstanda koronavirus aşkarlanan şəxsin İrandan gələrək, Azərbaycan ərazisindən keçdiyi məlum olub.
Ancaq İran-Azərbaycan sərhədini keçən həmin şəxsdəki xəstəlik simptomları Azərbaycan tərəfindən aşkarlanmayıb və bu, yalnız Gürcüstanda üzə çıxıb.
Bu hadisə Azərbaycanın İranla sərhədində epidemiya ilə bağlı görülən tədbirlərin effektivliyi məsələsini yenidən gündəmə gətirir.
Xatırladaq ki, İranda koronavirusun yayıldığına dair ilk rəsmi məlumat fevralın 19-da açıqlanıb. Sərhədə və ölkədəki sanitar vəziyyətə cavabdeh olan qurumların rəhbər şəxsləri isə İranla sərhədə fevralın 24-də yollanıblar.
Bununla bağlı rəsmi məlumatda deyilir ki, 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar”buraxılış məntəqələrinə səfər etmişlər.

Göründüyü kimi, belə hadisələr zamanı situasiyaya görə cavabdehlik daşıyan və operativ qaydada hərəkətə keçməli olan qurumlar Azərbaycanla intensiv gediş-gəlişi olan İranda koronavirusun yayıldığı gündən yalnız 5 gün sonra sərhədə yollanıblar.
“AzPolitika.info”-ya daxil olan məlumata görə, müvafiq qurumların, xüsusilə də Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Xidməti və Qida Təhlükəsizliyi Agentliyi kimi orqanlarını vəziyyətə vaxtında və operativ şəkildə müdaxilə etməməsi ölkə rəhbərliyinin sərt iradlarına səbəb olub.
Xatırladaq ki, fevralın 19-da Azərbaycan Prezidentinin və Birinci Vitse-Prezidentin İtaliyaya dövlət səfəri başlayıb və ayın 22-də həmin səfər başa çatıb.
Məlumata görə, Prezident ölkəyə döndükdən dərhal sonra İranla sərhəddə görülən işlərlə maraqlanıb.
Belə məlum olub ki, bu cür məsuliyyətli və operativ müdaxilə tələb edən situasiyada birbaşa vəzifələrini yerinə yetirməli olan müvafiq strukturların vəzifəli şəxsləri lazımı səviyyədə tədbirlər həyata keçirməyib, adekvat qərarlar qəbul etməyiblər. Məlumata görə, bu cür yanaşma ölkə rəhbərliyinin haqlı və sərt iradına səbəb olub.
Həmin qurumların rəhbərlərinin sərhədə səfəri də yalnız ölkə başçısı vətənə qayıdandan və onun müdaxiləsindən sonra baş tutub. Hansı ki, belə situasiyalarda hər bir qurum öz işini tapşırıq və göstərişlərdən asılı olmayaraq, vaxtında və operativ şəkildə həyata keçirməli idi.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb