Qonşu ölkədə  koronavirusdan ölənlərin sayı artıb

img

27-02-2020 [12:50]


İranda koronavirusa yoluxanların və virusdan ölənlərin sayı günbəgün artır.

“İnterfaks” xəbər verir ki, COVID-19 koronavirusunun qurbanlarının sayı 22-yə, təsdiqlənmiş yoluxma halların sayı isə 141-ə çatıb.

İran mediasının yazdığına görə, İranın 31 əyalətindən 20-də koronavirusa yoluxma qeydə alınıb. Ən çox yoluxma halı Qumdadır – 63 nəfər.

Qeyd edək ki, daha əvvəl İran hökuməti yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyulacağını açıqlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA