“Gürcüstandan Azərbaycana gediş-gəlişə heç bir məhdudiyyət tətbiq olunmur” - Səfirdən açıqlama

img

27-02-2020 [12:18]


“Gürcüstandan Azərbaycana quru yolla gediş-gəlişə heç bir məhdudiyyət tətbiq olunmur”.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında quru yolla şəxslərin hərəkəti adi qaydada həyata keçirilir.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ötən gündən İranla quru yolla gediş-gəliş məhdudlaşdırılıb. Gürcüstanın bu ölkə ilə birbaşa quru sərhədi yoxdur. İrandan Gürcüstana quru yolla səfər edən vətəndaşlar Azərbaycan vasitəsilə hərəkət edirlər.

Azərbaycandan keçməklə İrandan Gürcüstana gedən şəxslərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Yüksək hərarət qeydə alınan İran vətəndaşları və ya bu ölkədə təzəlikcə olan şəxslər Gürcüstan ərazisinə buraxılmırlar/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR