Rumıniyada da koronavirusa yoluxma aşkarlanıb

img

27-02-2020 [11:40]


Avropada son sutka ərzində Gürcüstan, Danimarka və Estoniyanın ardından Rumıniyada da yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

TASS xəbər verir ki, bu barədə məlumatı Rumıniyanın Səhiyyə naziri Viktor Kostake Daxili İşlər Nazirliyindəki təcili mətbuat konfransında verib.

Nazirin sözlərinə görə, virusa yoluxan şəxs ölkənin cənub-şərqindəki Qorj mahalının sakinidir və o, fevralın 18-22-də mahala gələn Rimini şəhərindən olan İtaliya vətəndaşı ilə təmasda olub. Rumıniyalının vəziyyəti qənaətbəxşdir, xəstəlik əlamətləri sezilmir.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA