Türkiyənin dəstəklədiyi müxaliflər Serakibi geri aldı - İdlibdə şiddətli döyüşlər gedir

img

27-02-2020 [09:46]


Suriyada Türkiyənin dəstəklədiyi müxalifət və Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələr arasında şiddətli döyüşlər davam edir.

“Reuters” xəbər verir ki, müxalif qüvvələr İdlib bölgəsinin Serakib şəhərini hökumət qüvvələrindən geri alıblar.

Məlumata görə, nəticədə strateji önəm daşıyan M5 yolu yenidən kəsilib.

Bundan başqa, Rusiyanın ağır bombardımanı altında Neyrab kəndini yenidən ələ keçirmək üçün rejim qüvvələri istəklərinə çata bilməyib. Ötən gün axşam Neyrabı nəzarətə alan müxaliflər rejim qüvvələrinin 50 üzvünü zərərsizləşdirib.

Xatırladaq ki, fevralın 6-da Əsəd ordusu Rusiya və İrana bağlı qüvvələrin dəstəyi ilə Serakib şəhərini ələ keçirmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR