Avropa Liqası: bu gecə 15 cavab oyunu olaacq - Qarşılaşmalar

img

27-02-2020 [09:41]


Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 15 cavab oyunu keçiriləcək.

Mia.az xəbər verir ki, Şotlandiya "Reyncers"indən sonra növbəti mərhələyə daha 15 vəsiqənin sahibi müəyyənləşəcək. 

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə “Vulverhempton”u İspaniyada “Espanyol”un qonağı olacaq. İlk matçda rəqibini 4:0 hesabı ilə məğlub edən ingilislər növbəti mərhələnin bir addımlığındadır.

Dadaşovun adı "Vulverhempton"un Avropa Liqasının oyunları üçün iştirak ərizəsinə salınsa da, baş məşqçi Nunu Eşpiritu Santu İngiltərədəki görüşdə 21 yaşlı hücumçuya şans verməyib.

Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşehir” səfərdə 1:3 hesabı ilə uduzduğu Portuqaliya “Sportinq”ini qəbul edəcək. İtaliyada yayılan koronavirus epidemiyasına görə "İnter" - "Lüdoqorets" görüşü azarkeşsiz keçiriləcək. 

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

27 fevral

21:55. "Portu" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

İlk oyun – 1:2

21:55. "Espanyol" (İspaniya) - "Vulverhempton" (İngiltərə)

İlk oyun – 0:4

21:55. "Bazel" (İsveçrə) - APOEL (Kipr)

İlk oyun – 3:0

21:55. "Gent" (Belçika) - "Roma" (İtaliya)

İlk oyun – 0:1

21:55. "Başakşehir" (Türkiyə) - "Sportinq" (Portuqaliya)

İlk oyun – 1:3

21:55. LASK (Avstriya) - AZ (Alkmaar, Hollandiya)

İlk oyun – 1:1

21:55. "Malmö" (İsveç) - "Volfsburq" (Almaniya)

İlk oyun – 1:2

21:55. "Ayaks" (Hollandiya) - "Xetafe" (İspaniya)

İlk oyun – 0:2

24:00. "Arsenal" (London, İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun – 1:0

24:00. "Benfika" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

İlk oyun – 1:2

24:00. "Seltik" (Şotlandiya) - "Kopenhagen" (Danimarka)

İlk oyun – 1:1

24:00. “İnter" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan)

İlk oyun – 2:0

24:00. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)

İlk oyun – 1:1

24:00. "Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun – 1:4

24:00. "Sevilya" (İspaniya) - ÇFR (Rumıniya)

İlk oyun – 1:1

26 fevral

21:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 0:1

İlk oyun – 2:3


Digər xəbərlər
SON XƏBƏRLƏR