Azərbaycan və İran hərbçiləri arasında protokol imzalanıb

img

26-02-2020 [20:26]


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR