Masallıda dəhşətli olay: kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələdi + TƏFƏRRÜAT

img

26-02-2020 [16:47]


Masallı rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Mia.az "Report"a istinadla xəbər verir ki, bir müddət əvvəl həyat yoldaşından ayrılan rayonun Təzəkənd kənd sakini Sarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aliməyə, qaynanası Zemfiraya və qaynı Alimə öv tüfəngindən atəş açıb. 

Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qaynanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb. 

Şahidlərin bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib. 

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı uşağı var. 

Faktla bağlı prokurorluq araşdırma aparılır/Report.

                                                                                                     ***

 

Masallı rayonunda qətl hadisəsi baş verib.

Hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində kişi həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. O daha sonra əlindəki silahla özünə atəş açıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək/Baku.ws


Digər xəbərlər
SON XƏBƏRLƏR