"Orada möcüzə gözləməyə dəyməz" - Deputatlığa namizəd seçkidən yazır
SİYASƏT
26.02.2020, 16:27
78 saylı Lerik Seçki Dairəsi Lerik şəhərini və onun 161 kəndini əhatə etməklə 108 məntəqədən ibarətdir. Məntəqələrin və kəndlərin sayına görə bu rayon respublikada birinci yerdədir.
Seçici sayı 33284 nəfərdir (rayon əhalisinin 38,8%-i). Qeydiyyatda olan seçicilərin 70%-i Lerikdə yaşamır və demək olar, seçkilərdə iştirak etmək imkanından məhrumdur. Qeyd olunan amillərə görə Lerikdə seçkilər – təbliğat dövrü 2 ay olmaqla – ən azı 3 ay ərzində həyata keçirilməlidir.
05 dekabr 2019-cu ildə ölkəni növbədənkənar Parlament seçkilərinin keçirilməsi xəbəri bürüdü. Ölkə Prezidentinin “Yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır” tezisini irəli sürərək gəncləri seçkilərdə iştiraka səsləməsi ilə yüzlərlə gənc namizəd olub prosesə qoşuldu. Qısa müddətdə siyasi proses yarandı. 78 saylı Lerik Seçki Dairəsində namizədlərin sayı 15-ə çatdı. Bir neçə namizəd faktiki olaraq normal seçkilərin keçirilməsi üçün əlverişli şəraitin olmadığına baxmayaraq, yaddaqalan kompaniya apara bildi. Əsas mübarizə iqtisadçı-alim Firdovsi Şahbazov, tarixçi-alim Vasif Qafarov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, həkim Təyyar Yəhyayev, müstəqil siyasətçi Ramil Hüseynov, ictimai fəal Mehriban Paşayeva arasında gedirdi. Bu namizədlər öz aralarında sağlam rəqabət təşkil edə bildilər.
Seçkilərdə geniş platforma ilə seçicilərin görüşünə getdik. Əsas tezisimiz ondan ibarət idi ki, Lerikin problemləri əsasən iqtisadi problemlərdir, ona görə də Lerikin deputatı iqtisadi sahədə iş təcrübəsi olan, iqtisadi problemlərin mahiyyətini bilən və ən əsası, onların həlli yolları barədə konkret ideya və fikirlərə malik olan şəxs olmalıdır. Namizədlərin arasında yeganə iqtisadçı kimi bu şəxsin Firdovsi Şahbazov olduğunu iddia edirdik.
Seçicilər də bu arqumenti qeyd-şərtsiz qəbul edirdi.
Geniş seçki platformamızın bir bəndi aşağıdakı kimi idi:
“Deputat olaramsa, aşağıdakılara nail olmaq üçün bütün mümkün imkanlardan istifadə edəcəyəm:
1. Haqqı çatan bütün imkansız seçicilərin ünvanlı dövlət sosial yardımı almasını təmin etmək;
2. Məşğulluq problemi olan insanların özünəməşğulluq proqramından faydalanmasını və indiyə qədər bu proqram çərçivəsində insanlara verilmiş yararsız avadanlıqların və xəstə heyvanların daha yaxşıları ilə əvəzlənməsini təmin etmək;
3. “Dağlıq relyefə malik rayonlara xüsusi güzəştlərin tətbiqi haqqında Qanun”un Milli Məclisdə qəbuluna nail olmaq”.
Lerikin 161 kəndinin 72-sində olduq. Kəskin hava şəraiti normal şəkildə təbliğatın aparılmasına imkan vermirdi. 30-a yaxın kəndə güclü qar və yolların şaxtalı olması səbəbindən getmək mümkün olmadı. Təkcə hava şəraiti seçkilərin təxirə salınması üçün böyük əsas idi. Müstəqil namizədlər min bir əziyyətlə kompaniya apardığı halda, hakim partiyanın namizədi kəndlərə sanki turist kimi səyahətə çıxırdı. Rayon icra hakimiyyəti bütün inzibati resursları onun xeyrinə səfərbər etmişdi. İcra hakimiyyəti başçısının inzibati ərazi vahidləri üzrə nümayəndələri, tibb məntəqələrinin rəhbərləri və məktəb direktorları var qüvvələri ilə, bütün qanuni və qanunsuz vasitələrlə bu prosesə qoşulmuşdu. İnsanları işdən çıxaracaqları, pensiyalarını kəsəcəkləri, hətta insanlığa yaraşmayan tərzdə təhdid edərək xəstələnəcəkləri halda müalicə etməyəcəkləri ilə hədələyirdilər. Bütün bunlarla insanları qarşı-qarşıya qoymağa nail oldular. Prosesi ən şiddətli formada rəsmi təbliğat dövrünün bitdiyi gündən sonrakı gün – “sükut günü” – seçki gününə bir gün qalmış təşkil etdilər. İcra nümayəndələri kənd-kənd, ev-ev gəzərək insanlara hədə-qorxu gəldilər. Təbliğat dövrü bütövlükdə bu şəkildə davam etdi və belə bir biabırçı sonluqla başa çatdı.
Saxtakarlığın sərhəd tanımadığı seçki günü
Gecədən başlayan qar səhər əksər yerlərdə 50 sm-ə, bəzi yerlərdə 80-100 sm-ə çatırdı və bütün seçki günü boyu yağmağa davam elədi. Gecə saat 5-də müşahidəçiləri məntəqələrə aparanda güclü şaxta və dəhşətli çovğun var idi. Hətta o dərəcədə ki, “çox güman, seçkilərin keçirilməsini təxirə salacaqlar” deyə fikirləşdim...
Günorta saat 15-16 arası Lerik şəhərində yerləşən 1 saylı məntəqədə olduq. 15 dəqiqəyə yaxın müşahidə apardıq. Zalın bir küncündə müşahidəçilər oturmuşdu, digər küncündə “seçki” gedirdi. Müşahidəçilərin səsverməyə gələnlərin kimliyini müəyyən etmək imkanları yox idi. Müşahidəçilər üçün bu imkanın yaradılmasının zəruriliyini məntəqə sədrinin diqqətinə çatdırsam da, bir faydası olmadı. Seçki müşahidəçilərin iştirakı ilə, amma müşahidəsiz keçirdi. Bütün inzibati resursların hakim partiya namizədinin xeyrinə seçkiyə cəlbi göz deşirdi. Həmin məntəqədə rayon mərkəzi xəstəxanasının baş həkimi də müşahidəçilik pərdəsi altında ona tapşırılan işi görürdü. Baş həkim bötövlükdə seçkilər başlayandan bitənə qədər ona aktiv şəkildə müdaxilə etdi.
Seçki günü Lerikin 108 məntəqəsinin 35-i tam nəzarətsiz qaldı. Yollarda hərəkət olmadığına görə müşahidəçilərin həmin kəndlərə getməsi mümkün olmadı. Həmin məntəqələrdə protokolları istədikləri kimi yazdılar. Bütün məntəqələrdə seçici aktivliyi 30-35 faiz olduğu halda, həmin məntəqələrdə güya 90 faiz olmuşdur. Bu qədər dəhşət! Beləcə seçkinin taleyini həll etdilər.
Seçki günü insanlar seçki saxtakarlığının bütün klassik və müasir formalarını görə bildilər. Onlardan ən kütləviləri isə bunlar oldu:
1. Ərazi icra nümayəndələrinin seçki məntəqələrinin həndəvərlərində postlar quraraq seçiciləri yönəltməsi, məntəqələrdə “oxumağı bacarmayan” seçicilərə səsvermə işində “kömək” edən insanların yerləşdirilməsi və bütövlükdə seçkinin icra strukturlarının total müdaxiləsi və nəzarəti altında keçməsi, dairə seçki komissiyasının seyrçi mövqedə qalması;
2. Yalnız istədikləri adamların daşınan qutu üçün müraciətlərinin qəbul edilməsi, digərlərinə isə xəstəliyi ilə bağlı həkim arayışlarının verilməməsi;
3. Müşahidəçilərin səslərin sayılması prosesindən kənar saxlanılması;
4. Bir neçə məntəqədə səsvermə prosesi başlamamış qutulara hazır bülletenlərin doldurulması;
5. Məntəqələrin mütləq əksəriyyətində protokolların hakim partiyanın namizədinin xeyrinə saxtalaşdırılması.
Saxta seçkilər əlverişsiz hava şəraitinin və siyasi şüurlardakı boşluğun mənfi fəsadı kimi Seçkilər aşağıdakı imkanlar və çatışmazlıqlar şəraitində keçdi.
İmkanlar:
1.İnsanlarda seçkilərin şəffaf keçiriləcəyinə ümid yaranmışdı;
2. Namizdələrin sayının çox olması və bir neçəsinin seçkilərdə fərqlənməsi seçicilərin seçkiyə marağını artırmışdı;
3. Hakim partiyanın namizədinin leriklilər arasında nüfuzunun olmaması insanlarda onun seçilməyəcəyinə əminlik yaratmışdı və insanlar yeni millət vəkilinin kim olacağını səbrsizliklə gözləyirdilər.
Çatışmazlıqlar:
1.Əksər icra nümayəndələri, tibb məntəqələrinin rəhbərləri və məktəb direktorları, obrazlı desək, onlardan kiminsə saçını gətirmək tələb olunanda birdəfəlik həmin adamın başını üzüb aparmağa cəhd edirdilər;
2. İnsanlar acınacaqlı maddi durumda yaşadığından aşağı maaşlı işlərini itirməmək üçün hansısa məmurun qanunsuz tapşırığı qarşısında dərhal geri çəkilir və müqavimət göstərmədən onun istədiyini etməyə razılaşır;
3. İnsanlar namizədlər arasında onların platformalarını və tərcümeyi-halını oxuyub, keçmiş fəaliyyətini araşdırırmaqla seçməyə deyil, daha çox “həmkəndlimdir”, “qohumumdur”, “pullu adamdır” və s. bu sayaq prinsiplərlə seçim etməyə meyillidir. Bu amil ən layiqli namizədin yaxşı təbliğatını belə dəyərdən salır və onun seçilmək şansını azaldır.
4. Yerlərdə ictimai qınaq yox dərəcəsində olduğundan seçkilərdə saxtakarlıq edənlər asanlıqla cəmiyyətin tənəsindən yayına bilir.
Məncə, Lerikdə 29 ərazi icra nümayəndəsindən birinin belə icra hakimiyyəti başçısının qanunsuz tapşırığına etiraz olaraq ərizəsini yazıb işdən getmək istəməməsini də nəzərdən qaçırmaq olmaz.
Nə etməli?
Aydın məsələdir ki, nə vaxta qədər icra strukturlarının seçkiyə müdaxiləsi olacaq, o zamana qədər normal seçkilərin keçirilməsi və cəmiyyətin öz seçki hüququnu maneəsiz reallaşdırmaq imkanı olmayacaq. Bu dəfə seçkilərin şəffaf keçiriləcəyi vədi olmasaydı, insanların seçkilərdə bu formada iştirakı olmazdı. Mənə elə gəlir ki, seçki məsələsinin kitabı bağlandı, cəmiyyət bu vasitədən əlini üzdü. Nə zamansa yenidən onu inandırıb seçkiyə aparmaq mümkün olar, ya yox – onu demək çətindir. Bir sual da cəmiyyət üçün açıq qalır: İcra strukturlarının seçkilərə aktiv müdaxiləsi yuxarıların tələbidir, yoxsa icra başçılarının özfəaliyyəti? Elə bilirəm, seçkilərə münasibət bu suala tapılan cavabdan daha çox asılıdır və asılı olacaqdır!
Açıq etiraf edirəm: Biz verilən vədlərə inanıb seçkiyə getdik, insanlarımızı da ümidləndirib əziyyətə saldıq. Bir sözlə, aldandıq. Buna görə insanlarımızdan üzr də istədik. İndiki şərtlər durduqca, çətin ki, kimsə seçici səsinə ümid edib təkrar bu yola çıxsın. Amma bütün bunlara baxmayaraq, çıxış yolu ümidini hər şeydən kəsməkdə, bu qanuni vasitəni müqavimətsiz əldən verməkdə deyil.
Doğru yol istənilən halda bu vasitəni cəmiyyət üçün yararlı hala gətirməkdən keçir. Necə? – Əlbəttə ki, bütün imkanlardan istifadə edib yorulmadan, usanmadan dinc vasitələrlə mübarizə aparmaqla, cəmiyyətdə ictimai qınağın güclənməsinə öz töhfəni verməklə. İş təkcə saxtakarların ifşa məsələsi deyil, düşüncələrdə irəliləyişin olması lazımdır! Kənarda qalıb 3-5 nəfərin fədakarlığına arxayın olmaq olmaz. Hər kəs əlindən gələni etməlidir. İctimai-siyasi prosesə bütün cəmiyyət qoşulmalıdır. Əks halda, “gördünüz, sizə dedik heç bir xeyri yoxdur?!” cümləsi çoxlarının həvəslə işlətdiyi cümlə olaraq qalacaq və cəmiyyət yerində sayacaq. Bir şeyi dəqiq bilmək lazımdır ki, prosesdə hamı, hamı da olmasa, əksəriyyət bir nəfər kimi iştirak etməzsə, orada möcüzə gözləməyə dəyməz.
Firdovsi ŞAHBAZOV,
78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə futbolu son 30 ildə "çirkin üsullar"la idarə olunub: "Mən istefa vermirəm, verməyəcəm..."
Bugün, 00:36 İDMAN
-
"Qalatasaray"ın futbolçusu yığmadan gedir? - Açıqlama
Bugün, 00:28 İDMAN
-
"ƏGƏR BİRİNİN 112 NÜVƏ SİLAHI VARSA..." - Tramp Şimali Koreya lideri Kim Çen In və İrana yeni mesaj verdi
Bugün, 00:14 GÜNDƏM
-
Serdal Adalı yenidən "Beşiktaş" prezidenti seçildi
Bugün, 00:08 İDMAN
-
90-cı illərin müğənnisi.. - İllər Bendenizi çox dəyişdirib + FOTOLAR
Bugün, 00:07 MƏDƏNİYYƏT
-
Hülya Avşar tenis meydançasına elə geyimdə gəldi ki... - FOTO
Bugün, 00:05 ŞOU-BİZNES
-
Biləsuvarda 26 yaşlı gənc öldürüldü
Bugün, 00:01 KRİMİNAL
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması növbəti sınaqdan qalib ayrıldı - YENİLƏNİR
04.10.2026, 18:51 İDMAN
-
Vüqar Rəhimzadə: YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsi oldu
04.10.2026, 18:00 SİYASƏT
-
Azərbaycan və Türkiyə qardaşlığı, birliyi sarsılmazdır! - VAHİD TAĞIYEV YAZIR
04.10.2026, 17:25 YAZARLAR
-
YAP-da gözlənilməz dəyişiklik - Komitə sədri İdarə Heyətindən niyə kənarlaşdırıldı?
04.10.2026, 16:53 SİYASƏT
-
Kobaxidze Keşikçidağla bağlı mövqeyini açıqladı: “Biz Azərbaycan və..."
04.10.2026, 13:04 SİYASƏT
-
Nazir 290 müəllimi təltif etdi - TAM SİYAHI
04.10.2026, 12:40 GÜNDƏM
-
Sabaha olan hava proqnozu açıqlanıb
04.10.2026, 12:36 CƏMİYYƏT
-
Bakıda 6 mənzil, rayonda şadlıq evi, villa və mağazalar... - Vəzifədən azad edilən məmurun 12 illik fəaliyyəti yoxlanılır (YENİLƏNİB)
04.10.2026, 12:03 CƏMİYYƏT
-
Bakıda Gülüstan Sarayında dəbdəbəli toy... - Kutsi də gəldi
04.10.2026, 11:09 ŞOU-BİZNES
-
Abşeronda yaşayış binasında partlayış: 1 nəfər xəsarət alıb - VİDEO
04.10.2026, 09:27 CƏMİYYƏT
-
Bakıda tıxaca qarşı daha bir çıxış yolu: gediş-gəlişi asanlaşdırmaq üçün kanat yolu ilə açılacaq - VİDEO
03.10.2026, 23:45 CƏMİYYƏT
-
“Turan Tovuz” - “Fənərbaxça” matçında ara qarışdı - VİDEO (Yenilənib)
03.10.2026, 22:06 İDMAN
-
ABŞ-da mülki təyyarə "yox"a çıxıb
03.10.2026, 21:26 DÜNYA
-
Azərbaycanda bu ərazilərə qar yağır
03.10.2026, 18:24 GÜNDƏM
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs tutulub
03.10.2026, 18:03 KRİMİNAL
-
MAAŞLAR NƏ QƏDƏR QALXACAQ və KİMLƏRƏ ŞAMİL OLUNACAQ? - İqtisadçı detalları sadaladı
03.10.2026, 17:19 İQTİSADİYYAT
-
Rektor 4 ay əvvəl təyin etdiyi müşaviri vəzifədən çıxardı
03.10.2026, 16:55 CƏMİYYƏT
-
Azərbaycan və İran XİN başçıları telefonda danışdı - Nələr müzakirə olunub?
03.10.2026, 15:05 SİYASƏT
-
“Yaşıl ölkə”də dörd gün - İlqar Tağıyev səfər qeydlərini yazır
03.10.2026, 14:33 İDMAN
-
“Ferrum Kapital” QSC-də dəyişiklik olub
03.10.2026, 12:53 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
03.10.2026, 12:44 GÜNDƏM
-
Prezident İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı..."
03.10.2026, 12:07 GÜNDƏM
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTOLAR
03.10.2026, 11:00 GÜNDƏM
-
Bakıda ərzaq satışı köşkündə 58 yaşlı kişi yanaraq ölüb
03.10.2026, 10:27 CƏMİYYƏT
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib - SƏRƏNCAM
03.10.2026, 10:06 GÜNDƏM
-
XİN: "Ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri..."
03.10.2026, 09:46 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşdı
03.10.2026, 09:08 İQTİSADİYYAT