Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

img

26-02-2020 [12:48]


Cənubi Koreyada daha 115 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” “The Korea Herald”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 1 261-ə çatıb.

Məlumata görə, Cənubi Koreyada koronavirusdan ölənlərin ümumi sayı 12-dir.

Xatırladaq ki, dünyada koronavirus daşıyıcılarının sayı 81 133 nəfərdir. Epidemiyadan ölənlərin sayı isə 2 765-ə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR