"Onu kim deyirsə, qələt edir" - Partiya sədri haqqındakı xəbərə qəzəbləndi

img

25-02-2020 [21:14]


Ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik.

Partiya sədrinin özü bildirmişdi ki, səhhətində bir neçə gündür ki, problem yaranıb.

Bunun ardından cəmiyyət arasında Hafiz Hacıyevin koronovirusa yoluxması ilə bağlı məlumat yayılıb.

Mia.az xəbər verir ki, məlumatın doğruluğunu dəqiqləşdirmək üçün Modern.az partiya sədri ilə əlaqə saxlayıb. H. Hacıyev səhhətinin yaxşı olduğunu bildirərək, iddiaların əsassız olduğunu deyib:

"İndi özümü yaxşı hiss edirəm. Dünən xəstəxanadan çıxmışam, gün ərzində bir neçə dəfə həkimə yoxlanmalı oluram. Həkimlər deyir ki, əsəb xəstəliyim var. Koronovirusa yoluxmağım barədə xəbər isə tamamilə yalandır, onu kim deyirsə, qələt edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR