İSA QƏMBƏRİN ŞİKAYƏTİ ÜZRƏ QƏRAR - MSK 10 məntəqənin nəticəsini ləğv elədi

img

25-02-2020 [19:12]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd İsa Qəmbər və digərlərinin müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, şikayətlərlə bağlı MSK üzvü İlham Məmmədov məlumat veriərək, bildirib ki, namizədlər müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia ediblər: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 10 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 10 seçki (1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, bu dairədə lider namizəd "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğludur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR