Musa Quliyevin lider olduğu dairədə bu məntəqələrin nəticələri ləğv olundu - Qərar

Musa Quliyevin lider olduğu dairədə bu məntəqələrin nəticələri ləğv olundu - Qərar

SİYASƏT

25.02.2020, 18:02

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Nurlan Abbaszadə və digərlərinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki (4 və 6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Qeyd edək ki, bu dairədə lider namizəd deputat Musa Quliyevdir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR