MSK Rüfət Quliyevlə bağlı şikayəti təmin etmədi

img

25-02-2020 [17:05]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yadigar Sadıqlının müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, şikayətlə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verərək, bildirib ki, iddilarla əlaqədar araşdırma aparılıb: "Araşdırma zamanı heç bir qanun pozuntusu aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi,DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Qeyd edəık ki, bu dairədə lider namizəd Rüfət Quliyevdir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR