Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib - Prezidentlər hədələri açıqlayıb
25-02-2020 [19:00]
Fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda iştirak ediblər.
Prezident İlham Əliyev deyib:
-Hörmətli cənab Prezident, əziz qardaşım.
Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur.
Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar.
Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək.
Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram.
X X X
Prezident Rəcəb Tayyib Ərdoğan deyib:
-Mən də hörmətli cənab Prezidentə, əziz qardaşıma gəldiyimiz andan etibarən istər şəxsən mənə, istərsə də nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə çox təşəkkür edirəm. Təkbətək görüşümüzdə Türkiyə-Azərbaycan əlaqələrini dərin təfərrüatı ilə müzakirə etmək imkanımız oldu. Siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün sahələrdə nələr edə biləcəyimizi və indiyə qədər nələr etdiyimizi ətraflı müzakirə etdik. Belə bir toplantıya – Şuranın səkkizinci iclasına sədrlik etməkdən duyduğumuz məmnunluğu da xüsusi vurğulamaq istəyirəm.
Dünən şəhid olan azərbaycanlı qardaşımıza – İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı diləklərimi də burada ifadə etmək istəyirəm.
Bu gün keçirəcəyimiz görüşlərdə nazir yoldaşlarımız qarşılıqlı olaraq bir-biriləri ilə lazımi müzakirələr aparacaqlar.
Keçən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə əldə etdiyiniz nəticənin də xüsusilə Azərbaycanımız üçün xeyirli olmasını Allahdan diləyirəm. Bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyduq.
Hörmətli qardaşım cənab Əliyevin liderliyi ilə reallaşdırılan islahatlar prosesini də təqdirlə izləyir, müşahidə edirik. İslahatlar prosesini dəstəkləmək məqsədilə bütün sahələrdə təcrübələrimizi Sizinlə bölüşməyə hazır olduğumuzu ifadə etmək istəyirəm.
Təbii ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, “Star” neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atdıq. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımla razılıq əldə etdik. Bunun üçün bütün nazir yoldaşlarımız əllərindən gələn səyləri ortaya qoymalıdırlar.
Baş nazir Qarabağ Dirçəliş Fondu ilə bağlı sərəncam verib
Qətərdə təşkil olunacaq klublararası dünya çempionatının püşkü atıldı - Qarşılaşmalar
Azərbaycan və Rusiya minaaxtaranları 210 mina, 2 ədəd partlamamış sursat zərərsizləşdirib
Çempionlar Liqasının 2021/2022 mövsümünün təqvimi açıqlandı
İran ABŞ-ın xeyli sabiq və hazırkı vəzifəli şəxslərini "qara siyahı"ya salıb - SİYAHI
Bakı, Abşeron, Sumqayıtın bəzi ərazilərinə qar yağır - VİDEO
Bolton: “Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”
Avropada “Boeing 737 MAX”ın uçuşlarına qadağa götürülür
Müdafiə Nazirliyi Kəlbəcərdən yeni görüntülər yaydı - VİDEO
Nazilər Kabineti 190 manatlıq yardımla bağlı açıqlama yaydı
Rusiya FHN tərəfindən ölkəmizə əlavə pirotexniki qrup və texnika gətirilib - FOTOLAR
"Qarabağ"dan Nurlan İbrahimovun istefasına reaksiya: "Mətbuat xidmətinə yeni rəhbər təyin olunacaq"
“Qalatasaray”ın hücumçusu karyerasını İngiltərədə davam etdirə bilər
ABŞ hökuməti əcnəbi vətəndaşların ölkəyə giriş qaydalarını dəyişdirəcək - Bu tarixdən
Messinin cəzası bəlli olub
Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı səfərləri: hansı sənədlərlə sərhədi keçə biləcklər? - SİYAHI
"ASAN"çılar Həmkarlar İttifaqı Komitəsinə yeni sədri seçiblər
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb - Nazirlər Kabineti xəbər yaydı
Sabiq icra başçısı vəfat edib
Siyavuş Novruzov: "Milli Məclisdə bələdiyyə sədrlərinin iştirakı ilə dinləmə keçiriləcək"
YAP hesabat verdi
Xəzər dənizini ən çox çirkləndirən ərazi açıqlanıb
FTB: "Cozef Baydenin andiçmə mərasimi üçün təhlükə var"
Ermənistan FHN-in işçiləri minaya düşüb, 2 nəfər yaralanıb
"Onlara vəzifə maaşının 6 misli qədər birdəfəlik müavinət veriləcək və..." - Prezident gömrükçülərlə bağlı yeni qanunu təsdiqlədi
Məmur olmaq istəyənlər imtanan verəcək - Bu tarixdə
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib - FOTO
"Azərsu" ASC sayğaclarla bağlı əhaliyə müraciət etdi
Ombudsman 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Azərbaycanda daha 305 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Nəsimi rayonunda 20 Yanvar facəsinin otuzbirinci ildönümü ilə bağlı sosial aksiya keçirilib - FOTOLAR
"Benfika" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb
Ərdoğan: “İslahat gündəliyimizi formalaşdırmağa başladıq"
İranda daha 5917 nəfər koronavirusa yoluxub
Pelosinin noutbukunu oğurlamaqda şübhəli bilinən qadın həbs edilib
Millimizin futbolçusu bəraət aldı, iki futbolçu həbs edildi
“Azərbaycan Dəmir Yolları” yeni şirkət yaradıb
Robert Köçəryan yenidən hakim qarşısına çıxarılır