"Nəfəsiniz də oğurluqdur" - Ləman Ələşrəfqızından MSK-ya sərt etiraz

img

25-02-2020 [13:30]


"Mərkəzi Seçki Komissiyasının 117 saylı dairədə ləğv etdiyi 3 məntəqədən biri mənim qalib olduğum 30 saylı məntəqədir".

Mia.az xəbər verir ki, bu sözləri sosial çəbəkədəki səhifəsində 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd, telejurnalist Ləman Ələşrəfqızı deyib.

O, qalib gəldiyi məntəqədə nəticələrin ləğvinə etirazını bildirib: "Mən bu məntəqədə 203 səslə 116 səs yığan Aqiyə Naxçıvanlını üstələmişəm".

Ləman Ələşrəfqızı əlavə edib ki, adıçəkilən məntəqədə Aqiyə Naxçıvanlının qohumları da səs verib. Buna baxmayaraq, o, səs yığa bilməyib: "Al, bu rəqəmlər də sənin olsun. Nəfəsiniz də oğurluqdur".

Xatırladaq ki, MSK dünən 117 saylı Oğuz-Qəbələ seçki dairəsində seçki ilə bağlı şikayətlərə baxıb və 36 məntəqədə səsvermənin nəticələrini ləğv edib.

Mia.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR