NAZİRLİKDƏ RƏSMİ YOXLAMA - Maliyyə Nazirliyi ETSN-nin tabeliyindəki qurumu təftiş edir

img

25-02-2020 [12:59]


Maliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyində yoxlama aparır.

Mia.az-a daxil olan məlumata görə, hazırda nazirliyin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində təftiş gedir.

Bildirilir ki, yoxlama zamanı maddi-texniki təhcizat sahəsində ciddi yeyintilərə yol verilib: "Burada mexaniki təminat avadanlıqlarının şişirdilmiş qiymətlərlə alınması, təmir-tikinti və sair məsələlərlə yanaşı, keçirilən tenderlər də ciddi araşdırılır. Hazırda Maliyyə Nazirliyi yoxlamanı davam etdirir və istisna deyil ki, burada kifayət qədər ciddi nöqsanlar üzə çıxacaq".

Məlumat üçün onu da qeyd edək ki, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin müdiri Fizuli Babayevdir.

İddia olunur ki, o, nazir Muxtar Babayevin əmisi oğludur: "Ümumiyyətlə, Muxtar Babayev xeyli qohum və dostlarını buraya toplayıb. Hamısı da ən "gəlir"li sahələrə nəzarət edirlər...".

ETSN-dəki mənbə isə yoxlama faktını təsdiqləsə də, F.Babayevin nazir Muxtar Babayevlə qohum olmadığını deyib: "Sadəcə, soyadları eynidir deyə bəzilərində qohumluq fikiri yarana bilər. Ancaq qohum deyillər.  Yoxlamaya gəldikdə isə, bəli, gedir. Bu fakt düzdür, lakin yekunlaşmadığından nəticəsi haqda indidən nəsə demək olmaz".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR