Bakıda polis qardaşı tərəfindən öldürüldü

img

25-02-2020 [10:26]


Bakıda 31 yaşlı şəxs qardaşını qətlə yetirib.

“Report”un xəbərinə görə, hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA