Rövşən Məmmədov müavinini vəzifədən çıxardı, aparıcıya yüksək vəzifə verdi - AzTV-də dəyişiklik

img

24-02-2020 [20:18]


"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Məlumata görə,  sədr müavini  Elsevər Dünyamalıyev vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Report"a məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Həmzəyev buna qədər AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısı idi.

                                                                                          ****

AzTV-də daha bir sədr müavini dəyişib.

Mia.az xəbər verir ki, Rəşad Nəsirov vəzifəsindən çıxarılıb.

Onun yerinə isə Əməkdar artist, diktor Rafiq Həşimov təyin edilib.

 

img
Digər xəbərlər
SON XƏBƏRLƏR
15:15 09.04.2020

Neftin qiyməti qalxır