TAHİR MİRKİŞİLİNİN XEYİRİNƏ 2 MƏNTƏQƏDƏ SAXTAKARLIQ - MSK qərar verdi

img

24-02-2020 [20:07]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd Elşad İsrafilovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, digər namizədin xeyrinə səslərin artırıldığını iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 2 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 2 seçki ( 7 və 32 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat Tahir Mirkişilidir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR