Energetika naziri Pərviz Şahbazov Salyanda vətəndaşları qəbul edəcək

img

24-02-2020 [16:42]


Martın 2-də Energetika naziri Pərviz Şahbazov Salyan şəhərində vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, telefon: (050) 225-34-86, email: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA