Dünya kuboku: 4 idmançımız medal qazanıb

img

24-02-2020 [14:09]


Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib. 

Milli Paralimpiya Komitəsindən Mia.az-a verilən məlumata görə, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara layiq görülüblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR