İranlı deputatdan şok iddia: "Qumda koronavirusdan 50 nəfər ölüb"

img

24-02-2020 [13:31]


İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani Səhiyyə Nazirliyini sərt tənqid edib.

 İLNA agentliyi xəbər verir ki, o, nazirliyi ölkədə tüğyan edən koronavirusa qarşı zəruri tədbirlər görməməkdə ittiham edib.

Deputat Qumda gündə 10 nəfərin koronavirusdan öldüyünü, son iki həftə ərzində isə 50 nəfərin bu infeksiyadan dünyasını dəyişdiyini bildirib.

Ə.Fərahani vurğulayıb ki, hazırda Qumda 250 nəfər karantin altındadır. 

İran Səhiyyə Nazirliyi isə ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA