Dini icmaların rəhbərləri Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıblar
24-02-2020 [11:46]
Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
“Biz milyonlarla azərbaycanlının iradəsini ifadə edərək, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımının 28-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.
Azərbaycan xalqının qan yaddaşında həkk olunmuş tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edib və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədiblər. Azərbaycanın Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı şəhəri yerlə yeksan edilib, 150 nəfər itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib.
Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə, Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımıları kimi insanlığa qarşı törədilən cinayətlərlə eyni qəbildəndir. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləməyə, fiziki və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazilərmizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.
İyirmi səkkiz il keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.
Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, irqçilik, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımıların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır. Çox böyük təəssüf doğuran məqamdır ki, bəzi dövlətlər real tarixi soyqırımıların deyil, saxta soyqırımı iddialarının tanınması yönündə səylərini əsirgəmirlər. Beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan hadisələrin qərəzli şəkildə siyasiləşdirilərək haqsız iddialara yol açması istiqamətində meyillər bizi narahat edir. Belə təəssübkeşlik heç bir vəchlə qəbul oluna bilməz!
Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının cavabının verilməməsi nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı işgəncələr tətbiq edir, meyitlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Xocalı qətliamında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur. Xocalı canilərinin soyqırımı cinayətinə görə beynəlxalq tribunala çıxarılacağı gün uzaqda deyil, İnşallah!
Biz-Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın dövlət rəhbərinin ölkəmizin ərazi bütövlüyünün bərpası yönündə səylərinin uğurla nəticələnəcəyinə inanır, bunun üçün dualar edirik. Biz Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daim uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirik. Biz din xadimləri bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyir, Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə ədalətin bərqərar edilməsi, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq.
Qoy, Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! Amin!”.
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsl sahibi İlham Əliyev özü gələcək” - VİDEO
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - SİYAHI
Hüquq müdafiəçisindən Qubad İbadoğlu haqda qərara şərh: "Bu variant daha çox tətbiq olunmalıdır..."
İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə növbəti hücum edib - Ölən və yaralılar var
Abel Məhərrəmovla polkovnik arasında torpaq qalmaqalı: "Keçmiş rektor zəbt eədiyi torpağımdan çıxmaq istəmir..."
Sumqayıt Regional Mərkəzinə rəis müavini təyin olunub
Almaniyada "zombi məzarı" tapılıb - FOTO
Rusiya Kiyev və daha bölgəyə hücum edib, yaralılar var - Açıqlamalar
“Beşiktaş”ın keçmiş futbolçusu baş məşqçi təyin olunub
Goranboy rayonunda zəlzələ olub
Türk model ABŞ-da öldürüldü, daha sonra isə.... - FOTO
İlkay Gündoğan "Barselona"dan ayrılır
Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar
İsrail ordusundan daha bir istefa - General "gedirəm" dedi
Aralıq dənizində zəlzələ olub
Daha köklü bir klub "Həvəskarlar liqasına "yuvarlandı"