3 qırmızı kart, 2 penalti, 4 qol... - "Fənərbaxça" 20 ildən sonra evində "Qalatasaray"a uduzdu - İstefa səsləri ucaldı + FOTOLAR

img

23-02-2020 [22:06]


Bu gün Türkiyə superliqasında "Fənərbaxça" evində "Qalatasaray"la qarşılaşıb.

Mia.az xəbər verir ki, gərgin keçən matçın 84-cü dəqiqəsində hər iki komandadan bir oyunçu (Turunc və Belhanda) qırmızı kartla meydandan qovulub. Bununla yanaşı, "Fənər"in  baş məşqçısi Ərsun Yanal da 67-ci dəqiqədə qırımız kartla meydandan çıxarılıb.

Oyuna gəldikdə isə, ev sahibləri Krusenin 21-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı açsa da, "Aslan"lar 40-cı dəqiqədə Donk, 80-də penaltidən Falkao və 90+6-cı dəqiqədə isə Onyekurunun qolları ilə derbidən qalib ayrılıblar - 1:3.

Qeyd edək ki, "Fənərbaxça" 20 il ildir evində 3 böyüklərə - "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor"a məğlub olmurdu. Lakin "Qalatasaray" bu gün bu məğlubiyyətsizlik seriyasını pozaraq, daha bir tarix yazıb.  

Oyunun final fiti çalınan kimi isə tərəfdarlar Ərsun Yanalı və klub başqanını istefaya çağırıblar.

Bu qələbə sayəsində "Qalatasaray" 45 xalla 2-ci pilləyə yerləşib. "Fənərbaxça" isə 38 xalla 6-cı yerdə qərarlaşıb.

Mia.az

img
Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 02.04.2020

Neft bahalaşıb