DAHA İKİ DEPUTATIN LİDER OLDUĞU DAİRƏ... - 3 məntəqədə nəticələr ləğv olundu

img

23-02-2020 [20:42]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 18 saylı Nərimanov-Nizami seçki darəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK üzvü İlham Məmmədov bidirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 10 saylı seçki məntəqəsndə öz təsdiqini tapıb. İ.Məmmədov qeyd edib ki, həmin seçki məntəqəsində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. O, həmin məntəqədə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd deputat Rasim Musabəyovdur.

                                                                                              ***

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 118 saylı Ağdam şəhər seçki darəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK katibi Arifə Muxtarova qeyd edib ki, araşdırmalar zamanı pozuntu halları yalnız 25 və 33 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. A.Muxtarova həmin məntəqədə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. 

Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd deputat Bəxtiyar Əliyevdir.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR