MSK-dan DAHA İKİ DEPUTATIN LİDER OLDUĞU DAİRƏLƏRLƏ BAĞLI - QƏRAR

img

22-02-2020 [18:51]


Bu gün Mərkəzi Seçki Komissiyası 82 saylı Ağcabədi seçki dairəsindən namizədlər Hüseyn Talıbov, Fərid Məmmədov və digərlərinin müraciətinə baxılıb. 

Mia.az xəbər verir ki, çikayətlərlə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verərək, bildirib ki namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib:  “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırılıb və əsassız hesab edilib. Vebkamera vasitəsilə araşdırma aparılıb və 3 saylı seçki məntəqəsində lider namizədin adının əks olunduğu 71 ədəd bülleten aşkar edilib. Təklif edirəm ki, yalnız 3 saylı məntəqədə nəticələr əsassız hesab edilsin”. 

MSK 82 saylı Ağcabədi Seçki Dairəsi üzrə 3 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat Tahir Rzayevdir.

                                                                                                 ****

Mərkəzi Seçki Komissiyası bu gün 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizəd Sakit Mirişovun müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, MSK üzvü Tofiq Həsənov şikayət haqda məlumat verərək, bildirib ki, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə əksər seçki məntəqlərində qanun pozuntularının, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Namizəd dairə üzrə 34 seçki məntəqəsinin 30-dan müraciət edib. Sosial şəbəkələrdə görüntülərə baxılıb və seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları öz əksini tapmayıb. Ona görə də müraciət əsassız hesab edilməlidir”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edilib.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat Elman Nəsirovdur.

Mia.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı