Sevinc Fətəliyevaya qarşı daha bir şikayət üzrə qərar verildi

img

22-02-2020 [17:14]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədlər Ziya Quliyev, Afiq İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciəti hərtərəfli araşdırıb. Dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.

MSK namizədlərin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və bununla bağlı qərar qəbul edib/Report.

Yeri gəlmişkən, qeyd edək ki, bir neçə gün əvvəl MSK 30 saylı Suraxanı ikinci seçki dairəsinin 5 (1, 12, 14, 16 və 18 saylı) məntəqəsində səsvermənin nəticələrini ləğv edib.

Xatırladaq ki, bu dairədən lider namizəd deputat Sevinc Fətəliyevadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq