"Əli Nağıyevin DTX, Vilayət Eyvazovun isə DİN rəhbəri təyin olunmaları göstərirdi ki..." - Deputatdan icra başçılarına xəbərdarlıq
22-02-2020 [16:06]
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Ağstafa Rayon İcra Hakimiyyətindən 2 ay sonra Neftaçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirərək icra başçısı İsmayıl Vəliyev də daxil bir neçə məmuru şübhəli şəxs kimi saxlaması müxtəlif mülahizələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, cəmiyyət tərəfindən müsbət qarşılanan bu əməliyyatlara konspirativ yanaşanlar da var. Onlardan bəziləri icra başçılarının saxlanılmasını hakimiyyətdaxili ziddiyyətlərlə əlaqələndirir. Lakin bəzilərinin fikrincə, hakimiyyət sadəcə ölkədə baş qaldıran narazılığı bir qədər azaltmaq üçün artıq əhəmiyyətsiz fiqura çevrilən məmurları qurban verir. Yəni, iqtidar rüşvət və korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizənin imitasiyasını həyata keçirməklə vətəndaşların itmiş inamını müəyyən qədər bərpa etmək və ömrünü uzatmaq istəyir.
60 saylı Salyan-Neftçala seçki dairəsinin qalibi elan edilən, bundan əvvəl həmin dairədən 3 dəfə deputat seçilən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə bu mülahizələri bölüşmür. Onun fikrincə, DTX-nın əməliyyatları 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra idarəçilik sisteminin yenilənməsinin, islahatların aparılmasının yeni mərhələyə qədəm qoyması ilə bağlıdır: "Prezident İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərindən əvvəl idarəçilik sisteminin yenilənəcəyi, ölkədə bütün sahələr üzrə islahatlar aparılacağını bəyan etmişdi. Prezident seçkilərdən sonra dediklərini reallaşdırmağa başladı və ciddi islahatlara start verildi.
sab.az
Hökumətin tərkibinin mütləq əksəriyyəti yeniləndi. Yeni simalar, müasir təfəkkürlü, müstəqillik dövründə yetişən, formalaşan kadrlar vəzifələrə təyin edildi. Daha sonra ölkə Prezidenti fərman və sərəncamları ilə həqiqətən də Azərbaycanı yeniləşdirən, gücləndirən və neqativ elementləri aradan qaldırmaq üçün əhəmiyyətli addımlar atdı.
Ölkə başçısı hər bir məmuru qəbul edərkən - artıq bunu ictimailəşdirərək həyata keçirir - onları xalqa ləyaqətlə xidmət etməyə səsləyir, əhəmiyyətli göstərişlər və məhəsləhətlər verir. Təbii ki, bundan sonra bütün prosesə ciddi nəzarət edir.
Xüsusi olaraq hüquq-mühafizə orqanlarında aparılan dəyişikliklər də diqqətdən yayınmalı deyil. Kifayət qədər peşəkar, dövlətə son dərəcə sədaqət göstərən, uzun illər xüsusi xidmət orqanlarında çalışaraq böyük nüfuz qazanan Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə gətirilməsi, həmçinin Daxili İşlər Nazirliyində yeniliyin həyata keçirilməsi və xüsusi peşəkarlığı ilə fərlqənən Vilayət Eyvazovun Daxili İşlər naziri təyin olunması göstərirdi ki, bu sahədə də qarşıya qoyulan vəzifələrin reallaşması üçün bütün vintlər bərkidilir. Bu baxımdan, artıq cəmiyyətdə neqativ hallara qarşı islahatların həyata keçirilməsi ilə yanaşı, inzbitai yollarla da mübarizə başladı və bu sırada bir neçə rayonda, eyni zamanda Nerftçalada əməliyyatlar həyata keçirildi".
AVP sədrinin fikrincə, məmurların fəaliyyətində müsbətə doğru ciddi dönüş yaranmayacağı təqdirdə güc strukturlarının əməliyyatları davam edə bilər.
"İcra başçıları, ümumiyyətlə, məmurlar nəhayət başa düşməlidrilər ki, ölkə başçısının niyyəti kifayət qədər ciddidir. Əgər ayrı-ayrı səlahiyyətli şəxslər gedən proseslərdən nəticə çıxarmasalar, onlar da bu cür konkret və ciddi hallarla üzləşməli olacaqlar. 2018-ci ildən sonra tamamilə yeni bir idarəçilik sisteminə keçidlə bağlı Prezidentin sərt iradəsi ortadadır. Bu məsələdə kimsəyə hər hansı xidmətindən asılı olmayaraq güzəşt yoxdur", -deyə Fəzail Ağamalı vurğulayıb.
AVP sədri Nefçalada keçirilən əməliyyatın 9 fevral seçkilərilə bağlı olması barədə iddialara da münasibət bildirib. Onun sözlərinə görə, DTX-nın keçirdiyi əməliyyatın seçkilərlə heç bir əlaqəsi yoxdur.
"Bu hadisələrin seçkilərlə zərrə qədər bağlılığı yoxdur. Mən bunu tam məsuliyyətlə deyirəm. Nə Sabir Rüstəmxanlının qalib gəldiyi 61 saylı Nefçala seçki dairəsində, nə də mənim qalib olduğum 60 saylı Salyan-Neftçala seçki dairəsində neqativ halların yol verilməsinə ehtiyac olub. Bunu Sabir Rüstəmxanlıdan da soruşa bilərsiniz. Orada seçkilər qanun çərçivəsində həyata keçirilib. Neftçalada namizəd olduğum dairənin dislokasiyasına aid 4 məntəqə var. Tam məsuliyyətlə deyirəm ki, bu məntəqələrin hər birində seçkilər şəffaf keçirilib. Nə Salyan, nə də Neftçala rayon icra hakimiyyətlərinin prosesə müdaxiləsi olmayıb", - deyə Fəzail Ağamalı qeyd edib.
Neftçaladan olan seçicilərinin İsmayıl Vəliyevdən ona şikayət edib-etməmlərinə gəlincə, AVP sədri bildirib:
"İsmayıl Vəliyevin fəaliyyətilə bağlı Neftçaladakı seçicilərimdən neqativ müraciətlər daxil olmayıb. Təbii ki, bu fakt həyata keçirilmiş əməliyyatın ciddiliyinə təsir göstərə bilməz. Çünki əməliyyatı həyata keçirən Dövlət Təhlükəsizlik Xidməti kifayət qədər peşəkar, dövlətin maraqlarına xidmət edən qurumdur. Bu baxımdan, hesab ediərm ki, onların keçirdiyi əməliyyat obyektivliyi əks etdirir".
Yenisabah.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"