ASİM MOLLAZADƏNİN LİDER OLDUĞU DAİRƏ: 4 məntəqədə səsvermənin nəticəsi ləğv edildi

img

21-02-2020 [20:27]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Vüqar Məmmədovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd edilib ki, müraciət edən namizəd həmin dairə üzrə müxtəlif məntəqələrdə səsvermə günü pozuntuların olduğunu iddia edib.

İclasda vurğulanıb ki, müraciət araşdırılıb və 22 saylı Nəsimi ikinci seçki dairəsinin yalnız 4 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyənləşdirilib.

Komissiya həmin dairənin 1, 11, 20 və 24 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib/Report.

Qeyd edək ki, bu dairənin lider namizədi partiya sədri, depitat Asim Mollazadədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR