Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTOLAR

img

21-02-2020 [19:55]


İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.

Mia.az Azərtac-a istiandla xəbər verir ki, Romanın Kuirinale Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı