MSK YAP-ın İŞSİZ NAMİZƏDİNİN QALİB GƏLDİYİ DAİRƏ İLƏ BAĞLI QƏRAR VERDİ - 2 məntəqədə səsvermənin nəticələri ləğv edildi

img

21-02-2020 [16:45]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizəd Məmmədov Əbil Abbas oğlunun müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, şikayətlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, müraciətdə həmin dairənin bir neçə məntəqəsində pozuntular olduğu əks olunub:  “Dairə Seçki komissiyası da müraciəti ətraflı araşdırıb və 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Təqdim edilən protokolların MSK tərəfindən araşdırılması zamanı seçicilərin iradəsini təmin etməyən hər hansı hal əksini tapmayıb. Sosial şəbəkələrdə yerləşdirilən görüntülərin araşdırılması zamanı isə 18 və 38 saylı seçki məntəqələrindən başqa, mübahisələndirilən digər seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilməyib. Ona görə də təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.

Komissiya həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla da DSK-nın qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu dairəıdən lider namizəd YAP-ın işsiz elan etdiyi Ramil Həsəndir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
23:58 20.10.2020

DİN generalı vəfat etdi