"Putinlə danışandan sonra hansı addımları atacağımız müəyyənləşəcək" - Ərdoğandan xəbərdarlıq

img

21-02-2020 [16:19]


“Bu gün yerli vaxtla saat 18:00 radələrində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım olacaq. Suriya hakimiyyəti İblidə mülki əhaliyə etdiyi zülmü dayandırmasa, biz ordan çəkilməyəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin Vladimir Putinə dördtərəfli görüşün martın 5-də İstanbulda keçirilməsini təklif ediblər. Lakin Putin onlara müsbət cavab verməyib. Bu gün saat 18:00 radələrində Putinlə telefon danışığımız olacaq. Telefon danışığının nəticəsindən asılı olaraq hansı addımları atacağımız müəyyənləşəcək”, - deyə Ərdoğan qeyd edib/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq