Göygöldə evdən oğurluq edən dəstə saxlanıldı - FOTO

img

21-02-2020 [13:50]


Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri, 31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. 

E.Məmmədov, X.Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə.İsmayılovun yerinin müəyyənləşdirilərək istintaqa təqdim olunması istiqamətində tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR