İraq İranla sərhədi bağlayıb

img

20-02-2020 [21:05]


İraqın cənub-şərqindəki Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Məysən əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib.

Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər.

Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq