ZİYAD SƏMƏDZADƏ UDUZACAQ? - 4 məntəqədə səsvermə etibarsız sayıldı

img

20-02-2020 [20:31]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizəd Toğrul Vəliyev müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, şikayətlə bağlı MSK üzvü Qabil Orucov bildirib ki, namizəd müraciətində səsvermə günü hüquqlarının pozulmasını qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla, digərlərində qanun pozuntu aşkarlanmayıb”.

İclasda həmin dairənin 4 seçki ( 14, 17, 23 və 25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul olunub.

Qeyd edək ki, bu dairənin lider namizədi Ziyad Səmədzadədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR